Azərreyl yeni ilə qələbə ilə başladı
                                  Azərbaycan Voleybol Federasiyası
Azərreyl yeni ilə qələbə ilə başladı

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni ilin ilk oyunu keçirilib.

 

Voleybol Mərkəzində təşkil edilən matçda “Azərreyl” və “Abşeron" klubları üz-üzə gəlib. 

İlin ilk matçı “Azərreyl”in üstünlüyü ilə başa çatıb. Eldar Yusubovun komandası hər üç setdə üstün oyun nümayiş etdirərək, görüşü qələbə ilə başa vurub - 3:0 (25:18, 25:18, 25:21).

 

Beləliklə, bu oyundan sonra aktivinə 3 xal yazdıran “Azərreyl” 6 xalla turnir cədvəlində 1-ci, “Murov” 3 xalla 2-ci yerdə qərarlaşıb. “Abşeron” və UNEC-in isə xalı yoxdur.

 

Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan "Murov" - UNEC qarşılaşması universitet təmsilçisinin əksər oyunçularının səhhətində problem yarandığı üçün təxirə salınıb.

13 yanvar 

Yüksək Liqa (qadınlar)

II tur

“Azərreyl” – “Abşeron” 3:0 (25:18, 25:18, 25:21)