I dövrənin son oyunları yanvarın 24-də baş tutacaq
                                  Azərbaycan Voleybol Federasiyası
I dövrənin son oyunları yanvarın 24-də baş tutacaq

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. I dövrənin son oyunları yanvarın 24-də baş tutacaq. 

Günün ilk qarşılaşmasında “Murov”la “Azərreyl” üz-üzə gələcək. Çempionatın ilk derbisi saat 12:00-da başlanacaq.

III tura UNEC - “Abşeron” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da çalınacaq. 

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.