Avropa çempionatının oyunlarının təqvimi
                                  Azərbaycan Voleybol Federasiyası
Avropa çempionatının oyunlarının təqvimi

Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibi olacağı Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub.

Final mərhələsində yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.
 

Oyunların təqvimi (C qrupu)
(Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib):

18 avqust
   23:00 Azərbaycan - Çexiya

19 avqust
  23:00 Azərbaycan - Almaniya

20 avqust
   23:00 Türkiyə - Azərbaycan

22 avqust
   20:00 Azərbaycan - Yunanıstan

23 avqust
   20:00 İsveç - Azərbaycan