Yüksək Liqada I dövrə oyunları başa çatdı
                                  Azərbaycan Voleybol Federasiyası
Yüksək Liqada I dövrə oyunları başa çatdı

Voleybolçu qadınlar arasında keçirilən Azərbaycan Yüksək Liqasının I dövrəsinin oyunları yekunlaşıb. Bu gün baş tutan III tur çərçivəsində “Murov” “Azərreyl”lə , UNEC isə “Abşeron”la üz-üzə gəlib.

 

Voleybol Mərkəzində təşkil olunan  turun ilk matçında “Murov” “Azərreyl”lə qarşılaşıb. 

Eldar Yusubovun komandası ilk seti 25:22 hesabı ilə öz xeyrinə başa vurub. Matçın ikinci hissəsində də “Azərreyl” eyni hesabla  qalib gələrək set fərqini 2-yə çatdırıb. Vüqar Əliyevin yetirmələri üçüncü hissədə 25:20 hesabı ilə qalib gələrək fərqi minimuma endirsələr də, geridönüş edə bilməyiblər. Dördüncü set “Azərreyl” komandasının 25:20 hesablı qələbəsi ilə yekunlaşıb. Yekunda “Azərreyl” rəqibini 3:1 ( 25:22 25:22, 20:25, 25:20) hesabı ilə məğlub edib.

 

Günün və I dövrənin son matçında UNEC “Abşeron”la görüşüb. Bu matçın qalibi üç setdə müəyyən olunub. Oyuna daha inamlı başlayan “Abşeron” birinci seti 25:13 hesabı ilə qalib gəlib. Famil Ağayevin komandasının ilk hissədəki uğuru sonrakı setlərdə də davam edib. “Abşeron” ikinci hissəni 25:19, üçüncü hissəni isə 25:16 hesabı ilə qalib başa vurub. 

 

Beləliklə, 3 turdan sonra xal itirməyən “Azərreyl” 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xala malik “Murov” ikinci, ondan 3 xal geri qalan “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

 

24 yanvar 

Yüksək Liqa (qadınlar)

III tur

“Murov” - “ Azərreyl” 1:3 (22:25, 22:25, 25:20, 20:25)

UNEC - “ Abşeron” 0:3 (13:25, 19:25, 16:25)