Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

Qadın voleybolçuların Yüksək Liqasında II dövrəyə yanvarın 30-da start veriləcək. Həmin gün IV tur çərçivəsində “Murov” - “Azərreyl” və UNEC - “Abşeron” matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16:00-da və 18:00-da start götürəcək.

Yanvarın 31-də isə kişi voleybolçuların Yüksək Liqasında II turdan təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 16:00-da başlanacaq. 

Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq.