Yüksək Liqada I dövrə başa çatdı
                                  Azərbaycan Voleybol Federasiyası
Yüksək Liqada I dövrə başa çatdı

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu keçirilib. 

 

Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Xarı bülbül” komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:21 hesabı ilə qalib gələn Şuşa klubu sonrakı setləri də aktivinə yazıb - 25:23, 25:20. 

 

Turun və I dövrənin son matçından sonra “Murov” 9 xalla turnir cədvəlinə liderlik edir. Bu gün qalib gələn “Xarı bülbül” 6 xalla 2-ci, hesabında 3 xalı olan “Neftçi” 3-cü, xalı olmayan MOİK isə sonuncu pilləni tutur. 

 

31 yanvar

Yüksək Liqa (kişilər)

II tur ( təxirə salınan oyun)

“Neftçi”- “Xarı bülbül” 0:3 (21:25, 23:25, 20:25)