Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq prosesinə start verilib
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq prosesinə start verilib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq prosesinə start verilib.

Bu gündən başlanan məşqlərdə yığmamızın əsas heyətinin hazırda Bakıda olan və ölkə çempionatında çıxış edən üzvləri, həmçinin digər milli oyunçular iştirak edirlər. Məşqlərin həftədə 4-5 gün keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, millinin baş məşqçisi məsələsinə ölkə çempionatı bitdikdən sonra baxılacaq. Bu səbəbdən indiki hazırlıq prosesi Faiq Qarayevin nəzarətində yerli məşqçilər tərəfindən keçirilir.