CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib
                                  Azərbaycan Voleybol Federasiyası
CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Türkiyənin İstanbul şəhərində keçiriləcək “Vakıfbank”(TUR) - "LKS Lodz" (POL) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Martın 1-də baş tutacaq qarşılaşmanın hakimləri isə macarıstanlı Halasz Tibor və rumıniyalı Visan Benonedir.

Qeyd edək ki, “Vakıfbank” və "LKS Lodz" klublarının ilk qarşılaşması Türkiyə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.