Məktəbli qızlar ə oğlanlar arasında voleybol yarışı keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Məktəbli qızlar ə oğlanlar arasında voleybol yarışı keçirilib

Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin dəstəyi ilə Sumqayıt şəhər 1 nömrəli məktəbdə qız və oğlanlar arasında voleybol üzrə “Dostluq” yarışı keçirilib. 12-19 fevral tarixlərində təşkil oyunan yarışda Sumqayıt şəhəri, Xızı rayonu və Saray qəsəbəsindən olan 80 şagird iştirak edib.

Yarışın təşkilində əsas məqsəd məktəblilər arasında voleybolun təbliği və bölgələrdə kütləviliyinin artırılmasıdır.

Qeyd edək ki, digər bölgələrimizdə də bu cür yarışlar təşkil olunacaq.