Azərbaycan Yüksək Liqasında VI turdan təxirə salınan “Xarı bülbül” - “Murov” oyunu keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan Yüksək Liqasında VI turdan təxirə salınan “Xarı bülbül” - “Murov” oyunu keçirilib

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turdan təxirə salınan “Xarı bülbül” - “Murov” oyunu keçirilib.

Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Murov” komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:18 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası sonrakı setləri də aktivinə yazıb - 25:18, 25:23.

Beləliklə, bu matçdan sonra “Murov” xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

VI tur ( təxirə salınan oyun)

“Xarı bülbül” - “Murov” 0:3 (18:25, 18:25, 23:25)