Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının III dövrəsində iki oyun keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının III dövrəsində iki oyun keçirilib

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının III dövrəsində iki oyun keçirilib. IX tur çərçivəsində “Murov” “Xarı bülbül”lə, “Neftçi” MOİK-lə üz-üzə gəlib.

Voleybol Mərkəzində təşkil olunan turun ilk matçı “Murov”la “Xarı bülbül” arasında olub.

Qarşılaşma “Murov”un 25:16 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:22 və 25:21 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası matçı qələbə ilə yekunlaşdırıb - 3:0.

IX turun son matçı “Neftçi” və MOİK komandaları arasında keçirilib. Görüş “Neftçi”nin 25:23 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin yetirmələri 25:18 hesabı ilə qalib gəliblər. Üçüncü və dördüncü setlərdə isə yenidən Pərviz Səmədovun komandası 25:13 və 25:23 hesabı ilə qələbə qazanıb - 3:1.

Beləliklə, IX turdan sonra “Murov” 23 xalla turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

IX tur

“Murov” - “Xarı bülbül” 3:0 (25:16, 25:22, 25:21)

“Neftçi” - MOİK 3:1 (25:23, 18:25, 25:13, 25:23)