Türkiyəli voleybol mütəxəssisi Şahin Çatma  bu gün Şirvan şəhərində olub
                                  Azərbaycan Voleybol Federasiyası
Türkiyəli voleybol mütəxəssisi Şahin Çatma bu gün Şirvan şəhərində olub

Azərbaycan Voleybol Federasiyasının (AVF) dəvəti ilə ölkəmizdə səfərdə olan türkiyəli voleybol mütəxəssisi Şahin Çatma  bu gün Şirvan şəhərində olub.
 Təcrübəli mütəxəssis burada təşkil olunmuş Şirvan və Hacıqabuldan olan 15 yaşadək qızlar  və oğlanlar arasında keçirilən yarışı və turnirdən sonra uşaqların məşqini izləyib. 
Ş.Çatma Şirvan Olimpiya Kompleksində baş tutan yarışa və məşqə baxışdan sonra müəyyən etdiyi kriteriyalara uyğun gələn istedadlı voleybolçuların qeydiyyatını aparıb. Türkiyəli mütəxəssis bugünkü məşqləri və oyunları analiz etdikdən sonra müvafiq seçimlər edəcək. 
Qeyd edək ki, bu yarış AVF-nin perspektivli yeniyetmə və gənc voleybolçuların  müəyyənləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində təşkil olunub.