Avropa Voleybol Federasiyası (CEV) həmyerlimizə növbəti dəfə etimad göstərib. Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov kişi voleybolçular arasında Avropa çempionatına təyinat alıb.
Ədalət təmsilçimiz Bolqarıstanın ev sahibliyi etdiyi B qrupunun qarşılaşmalarında hakim kimi meydana çıxacaq.
Qeyd edək ki, B qrupunda meydan sahibi Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığma komandaları yer alıb. Bu qrupda mübarizəyə bu gün start veriləcək.