Avqustun 15-də start götürən qadın voleybolçular arasında Avropa çempionatının qalibi bəlli olub. Çempionatın sonuncu günü ilk olaraq üçüncülük uğrunda Niderland və İtaliya komandaları qarşılaşıblar. Bu matçda 3:0 hesabı ilə qələbə qazanan Niderland bürünc medala sahib çıxıb.
Final qarşılaşmasında isə Türkiyə və Serbiya yığmaları üz-üzə gəliblər. Gərgin keçən bu görüşdə Türkiyə millisi 3:2 hesabı ilə qələbə qazanaraq Avropa çempionu olub.
Qardaş ölkənin yığma komandasını bu qələbə münasibətilə təbrik edirik və qarşıdakı yarışlarda uğurlar arzulayırıq.