Ulduz voleybolçuların bölgələrdə gənc idmançılarla görüşü davam edir
                                  Azərbaycan Voleybol Federasiyası
Ulduz voleybolçuların bölgələrdə gənc idmançılarla görüşü davam edir

Ulduz voleybolçuların bölgələrdə gənc idmançılarla görüşü davam edir.  Bu gün səfər çərçivəsində veteran voleybolçularımız Alla Həsənova, Oksana Məmmədyarova, Yelena Parxomenko, həmçinin qadınlardan ibarət millimizin üzvü Polina Rəhimova, yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma, Gəncə Regional Voleybol Klubunun təsiscisi Pərviz Qədirov və federasiyasının əməkdaşları Məftun Salmanov Gəncə şəhərində olublar. Ulduz voleybolçularımızın Gəncə Gənclər Evində gənclərlə  görüşü  təşkil olunub. Səmimi keçən söhbətin ardınca qonaqlar idmançılarla xatirə şəkilləri çədiriblər. Daha sonra gənc idmançılara imzalanmış formalar və voleybol topları hədiyyə olunub. Gəncə şəhərində təşkil olunan görüşə görə Gəncə Gənclər Evinə təşəkkür edirik.
Qeyd edək ki, ulduz voleybolçularımız sentyabrın 10-da Tovuz rayonunda gənc idmançılarla görüşəcəklər.