Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) növbəti iclası keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan tədbirə AVF-nin baş katibi Faiq Orucov rəhbərlik edib.
İclasda qadınlar və kişilər arasında Azərbaycan çempionatlarının yeni mövsümündə çıxış edəcək klubların rəhbərləri, menecerləri, baş məşqçiləri iştirakı edib. Tədbirdə yeni mövsümün başlama vaxtı, keçirilmə sistemi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, yeni mövsümdə keçiriləcək çempionat və turnirlər haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək.