Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç
                                  Azərbaycan Voleybol Federasiyası
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç

AVF-nin mətbuat konfransında çıxış edən CEV-in prezidenti Aleksandar Boriçiç uzun illərdən sonra yenidən ölkəmizə gəlməkdən məmnun olduğunu bildirib. O, AVF rəhbərliyi və digər qonaqlarla iclas keçirdiklərini, burada Azərbaycanda voleybolun inkişafına necə dəstək ola biləcəkləri istiqamətində müzakirələr apardıqlarını söyləyib. Qeyd edib ki, iclasda məktəblərdə uşaqların voleybola marağının artırılması, regional akademiyaların yaradılması, yerli oyunçuların yetişdirilməsi və digər məsələlər müzakirə edilib. A.Boriçiç Azərbaycanda voleybola dövlət səviyyəsində böyük dəstək verildiyini, buna görə də ölkə başçısı cənab İlham Əliyevə və Milli Olimpiya Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.