Avropa Voleybol Konfederasiyasının (CEV) vitse-prezidenti Renato Arena
CEV-in vitse-prezidenti Renato Arena AVF-nin mətbuat konfransında çıxış edərək tədbirdə iştirakçılarına təşəkkürünü bildirib. Bu görüşün təşkilinə və dəvətə görə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə və AVF rəhbəri Şahin Bağırova minnətdarlıq edib. R.Arena qitənin daha çox inkişaf etmiş yerli federasiyaları digər federasiyalara dəstək olurlar. Hər kəsin bir komanda kimi çalışdığını vurğulayan qonaq CEV-in birgə layihələrin təşkilinə maraqlı olduğunu söyləyib və bundan sonra da əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.