AZERRAIL İSPANİYA KOMANDASI İLƏ QARŞILACAQ
                                  Azərbaycan Voleybol Federasiyası
AZERRAIL İSPANİYA KOMANDASI İLƏ QARŞILACAQ

Çelenc kubokunda mübarizə aparan qadın voleybolçulardan ibarət “AZERRAIL” sabah 1/16 final mərhələsinin ilk matçını keçirəcək. Komandamız Bakıda İspaniyanın “Avarca de MENORCA” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da GİN-nin Voleybol Mərkəzində baş tutacaq. Komandalar arasında ikinci oyun isə noyabrın 15-də keçiriləcək. “AZERRAIL” səfərdəki cavab matçına Bakı vaxtı ilə saat 22:00-da çıxacaq.
Qeyd edək ki, “AZERRAIL” 1/32 finalda Ukraynanın “SC BALTA” komandasına hər iki qarşılaşmada qalib gəlib.

Komandamıza uğurlar arzu edirik