“AZERRAIL” klubu 1/16 final mərhələsində növbəti oyununa çıxacaq
                                  Azərbaycan Voleybol Federasiyası
“AZERRAIL” klubu 1/16 final mərhələsində növbəti oyununa çıxacaq

Çelenc kubokunda mübarizə aparan qadın voleybolçulardan ibarət “AZERRAIL” klubu sabah 1/16 final mərhələsində növbəti oyununa çıxacaq. Komandamız İspaniyada “Avarca de MENORCA” klubunun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da “Pavello Municipal de CIUTADELLA” arenada baş tutacaq. Komandamız bu turu keçəcəyi təqdirdə növbəti mərhələdə Fransanın “Neptunes NANTES” və Çexiyanın “PVK Olymp PRAHA” klublarının qalibi ilə qarşılaşacaq. Bu cütün ilk oyununda Fransa təmsilçisi quru hesabla qələbə qazanıb.
Qeyd edək ki, cütün Bakıda keçirilmiş ilk qarşılaşmasında “AZERRAIL” 3:1 hesabı ilə qalib gəlib.