Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub. Noyabrın 18-də və 21-də ötən həftə təxirə salınmış iki görüş baş tutacaq.
Noyabrın 18-də GİN-nin Voleybol Mərkəzində UNEC ilə çempionatda debüt edəcək “Milli Aviasiya Akademiyası” üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək.
Noyabrın 21-də isə Gəncə şəhərini Azərbaycan çempionatında təmsil edən “Gəncə” klubu doğma meydanda “Murov Az Terminal” komandasını qəbul edəcək. Oyun Gəncə OİK-də saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Gəncə” klubu çempionatdakı bütün ev oyunlarını Gəncədə keçirəcək.