Zöhrab Gözəlbəyli növbəti beynəlxalq yarışa təyinat alıb
                                  Azərbaycan Voleybol Federasiyası
Zöhrab Gözəlbəyli növbəti beynəlxalq yarışa təyinat alıb

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib. Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/16 final matçının supervayzeri təyin edilib. O, noyabrın 21-də Bakıda keçiriləcək “Xarı Bülbül Şuşa” -  “Panathinaikos ATHENS” klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək. 

Qeyd edək ki, görüşün hakimləri türkiyəli Ramazan Cevik və monteneqrolu Jelena Mitroviç olacaq.