Azərbaycan çempionatında II turun oyunları keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan çempionatında II turun oyunları keçirilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib. 
Günün ilk qarşılaşması  “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində təşkil olunan görüş “Murov Az Terminal”ın üstünlüyü ilə keçib. Eldar Yusubovun  yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar. Ardınca meydançaya “Abşeron” və UNEC klubları çıxıb. Bu qarşılaşmada da qalib üç setdə müəyyən olunub. Rəqibini quru hesabla üstələyən “Abşeron” çempionatdakı ikinci matçında da meydançadan qalib ayrılıb. 
Turun daha bir qarşılaşması isə Gəncə şəhərində baş tutub. Gəncə OİK-də təşkil edilən oyunda “Gəncə” komandasının qonağı son ölkə çempionu “AZERRAIL” olub. Günün iki matçında olduğu kimi yenə 3:0 hesabı qeydə alınıb. Qonaqlar hər üç setdə üstün oyun göstərərək matçın qalibi olublar. 
Beləliklə, “Murov Az Terminal” 6 xalla turnir cədvəlinə liderlik edir. Xalları 6 olsa da set fərqinə görə liderdən geri qalan “Abşeron” ikinci, “AZERRAIL” və “Milli Aviasiya Akademiyası” hərəyə 3 xalla üçüncü və dördüncü yerləri tutur. Xalı olmayan “Gəncə” və UNEC isə son pillələri bölüşürlər.

II TUR
“Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası”  3:0 (25:20, 25:16, 25:17)
“Gəncə” - “AZERRAIL”  0:3 (13:25, 12:25, 20:25)
“Abşeron” - UNEC 3:0 (25:15, 25:10, 25:13)