Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib
                                  Azərbaycan Voleybol Federasiyası
Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/4 finalının cavab qarşılaşmasına supervayzer təyin edilib. O, yanvarın 17-də İstanbulda keçiriləcək “Galatasaray HDI” (Türkiyə) - “FONTE BASTARDO” (Portuqaliya) klublarının oyununda hakimlərin işinə qiymət verəcək. Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Michele Brunelli olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.