AZƏRBAYCAN ÇEMPİONATI TOVUZ OİK-DƏ KEÇİRİLƏCƏK
                                  Azərbaycan Voleybol Federasiyası
AZƏRBAYCAN ÇEMPİONATI TOVUZ OİK-DƏ KEÇİRİLƏCƏK

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçiriləcək.

Yanvarın 13-də qadın voleybolçuların Yüksək Liqasında ikinci dövrə çərçivəsində 8-ci turun “Gəncə” - UNEC qarşılaşması baş tutacaq.

Ev oyunlarını Gəncə OİK- də keçirən “Gəncə” klubu bu dəfə rəqibini Tovuz OİK-də qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “AZERRAIL” 19 xalla turnir cədvəlinə liderlik edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.

13 yanvar

Yüksək Liqa (qadınlar)

VIII tur

16:00 “Gəncə” - UNEC