Beynəlxalq dərəcəli hakimlərimiz Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıblar.
Həmyerlimiz Zaur Hacıyev Çağırış kubokunda 1/4 final mərhələsinin matçını idarə edəcək. O, qadın voleybolçulardan ibarət Türkiyənin “Nilüfer Belediye Bursa” və Rumıniyanın “C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq (İlk oyunda “Nilüfer Belediye Bursa” komandası səfərdə 3:1 hesabı ilə qalib gəlib).
Beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayev isə CEV kubokunda Play-off mərhələsinin oyununu idarə edəcək. O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fenerbahçe PRL İSTANBUL” və Ukraynanın “SC Prometey DNIPRO” klublarının cavab matçında ikinci hakim olacaq (İlk qarşılaşmada Ukrayna təmsilçisi 3:1 hesabı ilə qalib gəlib).
Hər iki oyun bu gün baş tutacaq.