Azərbaycan Voleybol Federasiyası 20-23 iyun tarixlərində Bakıda voleybol statistləri üçün seminar keçirəcək. Dörd gün davam edəcək seminar GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq. Təlimlər Ruslan Motorin və Emin Əbilov tərəfindən keçiriləcək.
İştirakçıların voleybol haqqında ətraflı məlumata və kompüter biliklərinə sahib olması, həmçinin ingilis dilini bilməsi vacibdir.
Seminarın son günü iştirakçılar imtahan verəcək, imtahandan keçən şəxlərə isə AVF-nin voleybol statistləri üçün Level-1 sertifikatı təqdim olunacaq.
Seminarda iştirak etmək və federasiyanın sertifikatını almaq istəyən şəxslər qeyd olunan əlaqə nömrəsinə zəng edərək qeydiyyatdan keçə, eləcə də iştirak şərtləri ilə tanış ola bilərlər.
Əlaqə telefonu: +994502128211
Ünvan: GİN-nin Voleybol Mərkəzi