Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.
V.Kazımova 22 yaşlı qızların (U-22) Avropa Çempionatının final oyunlarında iştirak edəcək.
Həmyerlimiz 1-6 iyul tarixlərində İtaliyanın Kopertino və Lecce şəhərlərində baş tutacaq oyunlara CEV-in nümayəndəsi kimi tibb işinin təşkilinə nəzarət edəcək.