Ölkə çempionatının qızıl medalçısı “AZERRAIL-1” klubunun oyunçusu Larisa Smeltsova fikirlərini bizimlə bölüşüb:
                                  Azərbaycan Voleybol Federasiyası
Ölkə çempionatının qızıl medalçısı “AZERRAIL-1” klubunun oyunçusu Larisa Smeltsova fikirlərini bizimlə bölüşüb:

Ölkə çempionatının qızıl medalçısı “AZERRAIL-1” klubunun oyunçusu Larisa Smeltsova fikirlərini bizimlə bölüşüb:

“Bu il yeni qaydalarla və fərqli formatda keçirilən yarışda “AZERRAIL-1” klubunda çıxış etdim. Bu mövsüm mənim komanda yoldaşım da dəyişmişdi. Buna baxmayaraq, biz uğurlu çıxış etdik. Belə deyə bilərəm ki, “AZERRAIL” klubu çimərlik voleybolunda da çempionluq seriyasını davam etdirir. Biz çempion olduq və beynəlxalq yarışda ölkəmizi təsil etmək hüququ qazandıq. Yarışın təşkilatçılığı yüksək səviyyədə idi. Hər il daha maraqlı çempionat olur. İnanıram ki, bu cür yarışlar və yüksək səviyyəli təşkilatçılıq Azərbaycanın çimərlik voleybolu üçün böyük uğurlar qazandıracaq”.