Çimərlik voleybolçularımız 20 yaşlıların Avropa çempionatında (U-20) əsas mərhələyə yüksəliblər
                                  Azərbaycan Voleybol Federasiyası
Çimərlik voleybolçularımız 20 yaşlıların Avropa çempionatında (U-20) əsas mərhələyə yüksəliblər

Çimərlik voleybolçularımız 20 yaşlıların Avropa çempionatında (U-20) əsas mərhələyə yüksəliblər. 

Qızlardan və oğlanlardan ibarət komandalarımız Polşanın Myslowice şəhərində keçirilən qitə birinciliyində mübarizəyə iyulun 24-də təsnifat mərhələsindən başlayıblar. 

Ölkəmizi təmsil edən Nəriman Bayramlı/Muhammad Aslanlı cütü təsnifat mərhələsində Kosova təmsilçilərinə 2:0 hesabı ilə qalib gəlib, Andora cütünə 1:2, Şotlandiyaya isə 0:2 hesabı ilə məğlub olublar. 

Qızlardan ibarət komandamız (Səbinə Əlizadə/Lizi Latsabidze) isə təsnifat mərhələsində iki görüş keçirib. Andoranı 2:0 hesabı ilə məğlub edən qızlarımız Şotlandiyaya 0:2 hesabı ilə uduzublar. 

Qaydalara uyğun olaraq qızlardan ibarət komandamız  əsas mərhələyə vəsiqə qazanıb, oğlan komandamız isə mübarizəni dayandırıb. Qızlarımız bu mərhələdə C qrupunda İspaniya, Serbiya və İngiltərə komandalarına qarşı yarışacaqlar. Qrup oyunları 25-26 iyul tarixlərində baş tutacaq. Yarışın qalibləri isə iyulun 28-də müəyyən olunacaq.

Avropa çempionatında oğlanlarımız Joanildo Costa Juniorun , qızlarımız isə Nihad Tarverdiyevin baş məşqçiliyi ilə yarışırlar. 

Qeyd edək ki, Azərbaycanın çimərlik voleybolu tarixində ilk dəfə 18 yaşlı qızlarımız Avropa çempionatında (U-20) əsas mərhələdə iştirak edirlər.