Naxçıvan şəhəri 4-7 sentyabr tarixlərində yeniyetmə qızlar arasında voleybol üzrə “Muxtariyyət kuboku” uğrunda birinciliyə ev sahibliyi edəcək.
Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunacaq yarışda U-16 Azərbaycan millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur Regional Voleybol klubları, qardaş Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları və “Naxçıvan” komandası iştirak edəcək.
Yarış Azərbaycanın çoxəsirlik zəngin keçmişində, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayan, türk dünyası üçün strateji məkan olan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub.