“Milli İdman Sistemlərinin İnkişafı” (DNSS) proqrmanı çərçivəsində Gəncə şəhərində voleybol məşqçiləri üçün seminar keçirilib.
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə “Milli İdman Sistemlərinin İnkişafı” (DNSS) proqrmanı çərçivəsində Gəncə şəhərində voleybol məşqçiləri (uşaq voleybolu və professional voleybol) üçün seminar keçirilib.
Seminarda “Gəncə” VK-nın, Gəncə Regional Voleybol Klubunun (RVK) və digər RVK-ların ümumilikdə 29 məşqçi-müəllimi iştirak edib.
Nəzəri və praktik dərslərdən ibarət seminarı FIVB-nin təlimatçı-eksperti Athanasios Papageorgiou və FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme keçiblər. Seminarda voleybola yeni başlayan uşaqlarla düzgün işləmə metodları, son illər voleybol qaydalarına tətbiq edilən dəyişikliklər, sistem və taktiki yeniliklər və s. haqqında ətraflı məlumat verilib.
DNSS proqramı çərçivəsində Bakıda da voleybol məşqçi-müəllimləri üçün seminarlar keçiriləcək.