Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qobustanda yeniyetmə voleybolçularla görüşüb.
Federasiya rəhbəri Hacıqabul RVK-nın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil etdiyi məktəblilər arasında voleybol üzrə Qobustan rayon birinciliyinin final oyunlarını izləyib.
Sentyabrın 15-də start götürən birincilikdə 12 komanda mübarizə aparıb. Qobustan Olimpiya İdman Kompleksində baş tutan yarışın final qarşılaşmasının nəticəsinə uyğun olaraq Qobustan rayon 3 saylı orta məktəbin komandası 1-ci, Qobustan rayonu 1 saylı orta məktəbin komandası isə 2-ci yeri tutub. Qobustan rayonu Ərəbşalbaş kənd məktəbin kollektivi birinciliyin üçüncüsü olub.
Yarışın qaliblərinə kubok və medallar təqdim olunub. Mükafatları təqdim edən AVF-nin prezidenti Şahin Bağırov gəncləri təbrik edib, onlara tövsiyələrini verib və professional voleybolçu olmaq yolunda uğurlar arzulayıb.