Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Frişman kişi voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin I raundunda “Olympiacos” (GRE) və “Strumica” (MKD) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
24 sentyabr tarixində Yunanıstanın Piraeus şəhərində baş tutacaq qarşılaşmanın hakimləri slovakiyalı Igor Porvaznik və polşalı Pawel Burkiewiczdir.