Azərbaycan Voleybol Federasiyasının kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.
Gözəlbəyli qadın voleybolçular arasında Çelenc kubokunun 1/16 finalında “Rapid BUCURESTI” və “ROMA Volley” (ITA) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək. Noyabrın 12-də Buxaretdə keçiriləcək oyunun hakimləri danimarkalı Morten Engborg Klein və bolqarıstanlı Milena Lazarova-Peeva olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.