16 yaşadək (U-16) voleybolçu qızlardan ibarət milli komandamız Qax OİK-də təlim-məşq toplanışı keçir
                                  Azərbaycan Voleybol Federasiyası
16 yaşadək (U-16) voleybolçu qızlardan ibarət milli komandamız Qax OİK-də təlim-məşq toplanışı keçir

Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək 16 yaşadək (U-16) voleybolçu qızlardan ibarət milli komandamız Qax OİK-də təlim-məşq toplanışı keçir. Şahin Çatmanın rəhbərlik etdiyi məşqlərə 16 idmançı cəlb olunub. Təlim-məşq toplanışında əsas məqsəd idmançıların fiziki, texniki hazırlığını artırmaq və yarışda iştirak edəcək əsas heyəti seçməkdir.

Qeyd edək ki, Qaxda təşkil olunan təlim-məşq toplanışı noyabrın 17-dək davam edəcək.