Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb
                                  Azərbaycan Voleybol Federasiyası
Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Həmyerlimiz qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsində mübarizə aparan Türkiyənin “THY ISTANBUL” və Monteneqronun “OK HERCEG NOVI” komandaları arasında keçiriləcək oyunu idarə edəcək. Noyabrın 13-də Türkiyədə keçiriləcək oyunun digər hakimi çexiyalı Roman Marschnerdir.