Beynəlxalq Voleybol Federasiyasının (FIVB) yeni prezidenti seçilib
                                  Azərbaycan Voleybol Federasiyası
Beynəlxalq Voleybol Federasiyasının (FIVB) yeni prezidenti seçilib

Beynəlxalq Voleybol Federasiyasının (FIVB) yeni prezidenti seçilib.

Noyabrın 15-də Portuqaliyanın Porto şəhərində 39-cu FIVB Dünya Konqresi start götürüb. 200 ölkənin yerli federasiyalarının nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov da iştirak edib.

Bu gün FIVB-nin prezidenti vəzifəsinə seçkilər keçirilib. Seçkinin nəticəsinə görə qurumun yeni prezidenti Fabio Azevedo olub.

Konqresə noyabrın 17-də yekun vurulacaq.

Qeyd edək ki, FIVB-nin bundan əvvəlki prezidenti Ary Graça olub. O, 2012-ci ildən bu vəzifəni icra edib.