Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb. Beynəlxalq dərəcəli hakim diplomuna yeni layiq görülmüş K.Əsgərova beynəlxalq yarışda ölkəmizi ilk dəfə təmsil edəcək.
O, 16 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında hakimlik edəcək. 20-23 noyabr tarixlərində Polşanın Debica şəhərində keçiriləcək yarışda Azərbaycanla yanaşı Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi Polşa komandası mübarizə aparacaq.