Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən III İdman Festivalı başa çatıb. “İdman Paytaxtı” Quba şəhərində təşkil olunan festival 14-24 noyabr tarixlərində keçirilib. Festivala 23 idman növü üzrə 100 idmançı (13-15 yaş), eləcə də 34 məşqçi qatılıb.
Festivalda Azərbaycan Voleybol Federasiyası Oğuz və Sumqayıt regional voleybol klublarının idmançı və məşqçiləri ilə təmsil olunub. Festival çərçivəsində idmançılar üçün müxtəlif təlimlər, dərslər, tanınmış idmançılarla və idman rəsmiləri ilə görüşlər təşkil olunub.