“Qış kuboku” keçiriləcək
                                  Azərbaycan Voleybol Federasiyası
“Qış kuboku” keçiriləcək

Bakıda çimərlik voleybolu üzrə “Qış kuboku” keçiriləcək. Dekabrın 22 -də Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq yarışda qarışıq cütlər iştirak edəcək.

Reqlamentə əsasən, komandalar bir qadın və bir kişi voleybolçudan ibarət olmalıdır. Çimərlik voleybolu qaydaları üzrə keçiriləcək yarışda iştirak üçün 16 yaşdan yuxarı qız və oğlanlar müraciət edə bilərlər.

19 dekabr ‐ Yarışda iştirak üçün son müraciət günüdür.
İştirak ərizələrinin təqdim edilməsi üçün əlaqədar şəxs:
Orxan Hüseynzadə
Tel: +994558776554