“1-ci dərəcə” məşqçi kursu keçiriləcək
                                  Azərbaycan Voleybol Federasiyası
“1-ci dərəcə” məşqçi kursu keçiriləcək

Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu təşkil edir.

17-22 dekabr tarixlərində GİN-nin Voleybol Mərkəzində baş tutacaq kursda Bakı RVK-nın tərkibindəki şəhər və rayonlardan olan məşqçi-müəllimlər iştirak edəcəklər. Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme keçəcək. Sonda iştirakçılar imtahan verəcəklər və uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.

Qeyd edək ki, federasiya tərəfindən 9-12 avqust tarixlərində Qəbələ şəhərində, 21-26 sentyabrda isə Sumqayıt şəhərində “1-ci dərəcə” məşqçi kursu keçirilib. AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar.

Kursda iştirak üçün son qeydiyyat tarixi 16 dekabrdır. Ətraflı məlumat üçün saat 10:00-dan 19:00-dək aşağıdakı əlaqə nömrəsinə zəng edə bilərsiniz.

Əlaqə telefonu:+994103151283