Qadın voleybolçular arasında Yüksək Liqada III turun oyunları keçirilib.
Bu gün GİN-nin Voleybol Mərkəzində ilk olaraq “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları qarşılaşıblar. 5 set davam edən matçda “Abşeron” 3:2 hesabı ilə qalib gəlib.
Eyni məkanda baş tutan ikinci oyunda “Gəncə” klubu “Murov Az Terminal”ı 3:0 hesabı ilə məğlub edib.
UNEC VK-nın idman zalında təşkil olunan turun son görüşündə “AZERRAIL” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
Oyunların nəticələri
Yüksək Liqa (qadınlar)
III tur
13 dekabr
“Milli Aviasiya Akademiyası” - “Abşeron” 2:3 (25:23, 25:23, 12:25, 16:25, 05:15)
“Murov Az Terminal” - “Gəncə” 0:3 (21:25, 22:25, 14:25)
UNEC - “AZERRAIL” 0:3 (14:25, 13:25, 12:25)
III turdan sonra nəticələr
“Abşeron” - 3 oyun, 3 qələbə, 0 məğlub, 8 xal;
“AZERRAIL”- 3 oyun, 3 qələbə, 0 məğlub, 8 xal;
“Gəncə” - 3 oyun, 1 qələbə, 2 məğlub, 4 xal;
“Murov Az Terminal” - 3 oyun, 1 qələbə, 2 məğlub, 4 xal;
“Milli Aviasiya Akademiyası” - 3 oyun, 1 qələbə, 2 məğlub, 3 xal;
UNEC - 3 oyun, 0 qələbə, 3 məğlub, 0 xal;
Qadın voleybolçuların Yüksək Liqasında IV turun oyunları dekabr 19-da keçiriləcək.