Yüksək Liqada III turun oyunu keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Yüksək Liqada III turun oyunu keçirilib

Kişi voleybolçular arasında Yüksək Liqada III turun oyunu keçirilib.

Bu gün GİN-nin Voleybol Mərkəzində “Neftçi” və MOİK komandaları üz-üzə gəliblər. Oyun “Neftçi” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, III turun növbəti oyunları sabah keçiriləcək. FHN-nin idman zalında “Xilasedici” klubu “AZERRAIL”i qəbul edəcək. Kişilərin birinciliyində ilin son oyunu isə Sumqayıt OİK-də “Gənclər” və “Murov Az Terminal” komandaları arasında olacaq.

Oyunun nəticəsi

Yüksək Liqa (kişilər)

III tur

17 dekabr

“Neftçi” - MOİK 3:0 (25:12, 25:19, 25:18)

Ünvan: GİN-nin Voleybol Mərkəzi

18 dekabr

15:00. “Xilasedici” - “AZERRAIL”

Ünvan: FHN-nin idman zalı

16:00. “Gənclər” - “Murov Az Terminal”

Ünvan: Sumqayıt OİK

Giriş sərbəstdir