Avropa Çempionatına (CEV EuroVolley) ev sahibliyi edəcək ölkələrin nümayəndələri ilə görüş keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Avropa Çempionatına (CEV EuroVolley) ev sahibliyi edəcək ölkələrin nümayəndələri ilə görüş keçirilib

2026-cı ildə qadın voleybolçuların Avropa Çempionatına (CEV EuroVolley) ev sahibliyi edəcək ölkələrin nümayəndələri ilə görüş keçirilib. Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqda yerləşən qərargahında təşkil olunan görüşdə yarışa birgə ev sahibliyi edəcək dörd ölkənin (Azərbaycan, Türkiyə, Çexiya, İsveç) və CEV-in nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizi Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov və İdarə heyətinin üzvü Elqar Bağırov təmsil ediblər.

Çempionata hazırlıq çərçivəsində baş tutan ilk toplantıda yarışın təşkili ilə bağlı müzakirələr aparılıb. Görüşdə əsasən rəqabət, logistika, oyunların keçiriləcəyi məkanların ziyarəti, media və rəqəmsal fəaliyyətlər, marketinq və tanıtım, brendinq və digər məsələlərə toxunulub.

Qeyd edək ki, 2026-cı ildə baş tutacaq yarış dörd ölkənin birgə ev sahibliyi ilə keçirilən dördüncü çempionat olacaq.