Kişi voleybolçuların Yüksək Liqasında ilin son oyunları keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Kişi voleybolçuların Yüksək Liqasında ilin son oyunları keçirilib

Kişi voleybolçuların Yüksək Liqasında ilin son oyunları keçirilib.
Bu gün Yüksək Liqada III turun daha iki oyunu baş tutub. İlk olaraq FHN-nin idman zalında “Xilasedici” klubu “AZERRAIL”lə qarşılaşıb. Gərgin keçən matçda “Xilasedici” komandası 3:1 hesabı ilə qələbə qazanıb.
Turun və ilin son oyunu Sumqayıt OİK-də “Gənclər” və “Murov Az Terminal” komandaları arasında olub. Bu görüşdə “Murov Az Terminal” klubu “Gənclər”i 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, III turun dünən keçirilən ilk qarşılaşmasında “Neftçi” klubu MOİK-ə 3:0 hesabı ilə qalib gəlib.

Oyunların nəticələri
Yüksək Liqa (kişilər)
III tur
18 dekabr
“Xilasedici” - “AZERRAIL” 3:1 (19:25, 25:23, 25:18, 26:24)
Ünvan: FHN-nin idman zalı
“Gənclər” - “Murov Az Terminal” 0:3 (14:25, 14:25, 13:25)
Ünvan: Sumqayıt OİK