Faiq Qarayevə Prezidentin fərdi təqaüdü verilib
                                  Azərbaycan Voleybol Federasiyası
Faiq Qarayevə Prezidentin fərdi təqaüdü verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup idmançının və idman mütəxəssisinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadın voleybolçulardan ibarət millimizin baş məşqçisi Faiq Qarayevə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.