Azərbaycanda qar voleybolu üzrə ilk məşqlər keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycanda qar voleybolu üzrə ilk məşqlər keçirilib

Azərbaycanda qar voleybolu üzrə ilk məşqlər keçirilib.

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən ilk dəfə olaraq qar voleybolu üzrə test xarakterli turnir və təlim-məşq toplanışı təşkil olunub. Məşqlər 28-29 dekabr tarixlərində Şahdağ Turizm Mərkəzində baş tutub. Burada oyunların keçirilməsi üçün qar voleybolu meydançası hazırlanıb.

Qar voleybolu üzrə ilk təlim-məşq toplanışında çimərlik voleybolu üzrə qadınlardan və kişilərdən ibarət milli komandaların oyunçuları iştirak ediblər. Onlar arasında test xarakterli oyunlar da təşkil olunub.

Qeyd edək ki, qış aylarında AVF tərəfindən qar voleybolu turnirlərinin keçirilməsi planlaşdırılır.