Yüksək Liqada yeni ilin ilk qarşılaşmaları keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Yüksək Liqada yeni ilin ilk qarşılaşmaları keçirilib

Yüksək Liqada yeni ilin ilk qarşılaşmaları keçirilib.

İlin ilk oyunları kişi voleybolçular arasında olub. Bu gün GİN-nin Voleybol Mərkəzində IV turun iki qarşılaşması baş tutub. MOİK “AZERRAIL” ilə, “Murov Az Terminal” isə “Xilasedici” komandası ilə üz-üzə gəlib. Hər iki oyunda 3:0 hesabı qeydə alınıb. “AZERRAIL” MOİK-i, “Murov Az Terminal” isə “Xilasedici” komandasını quru hesabla məğlub edib.

Qeyd edək ki, IV turun son oyunu sabah keçiriləcək. GİN-nin Voleybol Mərkəzində “Nefrçi” komandası “Gənclər”lə üz-üzə gələcək.

Oyunların nəticələri

Yüksək Liqa (kişilər)

IV tur

7 yanvar

MOİK - “AZERRAIL” 0:3 (12:25, 10:25, 14:25)

“Murov Az Terminal” - “Xilasedici” 3:0 (25:21, 25:19, 25:16)

8 yanvar

16:00. “Neftçi” - “Gənclər”

Ünvan: GİN-nin Voleybol Mərkəzi

CBC Sport-da canlı yayımlanacaq.

Giriş sərbəstdir