Qadın voleybolçular arasında Yüksək Liqada növbəti turun oyunları keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçular arasında Yüksək Liqada növbəti turun oyunları keçirilib

Qadın voleybolçular arasında Yüksək Liqada növbəti turun oyunları keçirilib.

Bu gün GİN-nin Voleybol Mərkəzində ilk olaraq “Murov Az Terminal” və “Abşeron” komandaları qarşılaşıblar. 3 set davam edən matçda “Abşeron” 3:0 hesabı ilə qalib gəlib.

Eyni məkanda baş tutan ikinci oyunda “AZERRAIL” və “Gəncə” komandaları üz-üzə gəliblər. Meydan sahibindən üstün olan qonaqlar 3:0 hesabı ilə qalib gəliblər.

UNEC VK-nın idman zalında təşkil olunan V turun digər görüşündə isə “Milli Aviasiya Akademiyası” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Oyunların nəticələri

Yüksək Liqa

V tur

9 yanvar

“Murov Az Terminal” - “Abşeron” 0:3 (13:25, 15:25, 21:25)

Ünvan: GİN-nin Voleybol Mərkəzi

UNEC - “Milli Aviasiya Akademiyası” 0:3 (10:25, 5:25, 7:25)

Ünvan: UNEC VK-nın idman zalı

“AZERRAIL” - “Gəncə” 0:3 (22:25, 22:25, 17:25)

Ünvan: GİN-nin Voleybol Mərkəzi

Qadın voleybolçuların Yüksək Liqasında VI turun oyunları yanvarın 15-də keçiriləcək.